Qurbanova dedim, çox şadam ki… – Ştrayx

Qurbanova dedim, çox şadam ki… – Ştrayx

Rəqibi analiz etmişdik. Onların UEFA Çempionlar Liqasının təsnifat mərhələsindəki görüşlərini izləmişdim.

AzerTimes xəbər verir ki, bunu “Frayburq”un baş məşqçisi Kristian Ştrayx “Qarabağ”a 2:1 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyunundan sonra mətbuat konfransında deyib.

57 yaşlı mütəxəssis “Qarabağ”ın çox güclü futbolçularının olduğunu bildirib: “Bu matçın belə keçəcəyini gözləyirdim. İlk 20 dəqiqədə çox yaxşı oynadıq. Qələbəyə layiq olduğumuzu düşünürəm”.

Almaniyalı baş məşqçi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla görüşdən əvvəl və sonra söhbət etdiyini xatırladıb: “Ona Bakıya gedəcəyim və belə rəqibə qarşı mübarizə apardığımız üçün şad olduğumu bildirdim”.

Ştrayx Azərbaycana getmək istədiyini növbəti dəfə təkrarlayıb: “Bu ölkənin yeməyinin dadına baxmışam. Sizin regionla maraqlanıram. Hətta Gürcüstana da getmək istəyirdim. Amma pandemiya vaxtına düşdüyü üçün alınmadı”.

Mütəxəssis qrupda favoritin olmadığını sözlərinə əlavə edib: “Hər 4 komanda eyni gücdədir. Hələlik kimin birinci və ya dördüncü olacağını deyə bilmərəm. Amma bilərəm ki, onların arasında da fərq çox olmayacaq. “Qarabağ” da güclü komandadır”.

Teqlər: