Qurbanov oğlunun Polşa klubuna transferindən danışdı

Qurbanov oğlunun Polşa klubuna transferindən danışdı

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Polşanın “Poqon” klubunun oğlu Musa Qurbanlı ilə maraqlandığını təsdiqləyib.

AzerTimes xəbər verir ki, o, hələlik rəsmi təklifin olmadığını bildirib.

“Tam ciddi nəsə olarsa, fikir bildirə bilərik. Belə qərarlarda çox ehtiyatlı və həssas olmalıyıq. Bəzən təklif gəlib deyə futbolçumuzu Avropaya göndərməklə, onu “yandıra” bilərik. Odur ki, çox götür-qoy etməliyik. Təklif gəldikdən sonra müzakirə etmək olar ki, Musanın qalması və ya getməsi nə vəd edə bilər. Bu isə gələcəyin müzakirə mövzusudur”, – Q.Qurbanov söyləyib.

Qeyd edək ki, Polşa mətbuatı “Poqon”un 22 yaşlı hücumçu üçün “Qarabağ”a 350 min avro ödəməyə hazır olduğunu yazıb.

Teqlər: