Vətən müharibəsi qazisi Rusiyada əməliyyatdan sonra dünyasını dəyişib.
AzerTimes-ın Unikal-a istinadən məlumatına görə, Rusiyanın Moskva şəhərində Gəncə şəhər sakini 1994-cü il təvəllüdlü Rüfət Nizami oğlu Qurbanov beyin əməliyyatı olunub. 30 yaşlı qazi əməliyyatdan sonra vəfat edib. Mərhum bu gün Gəncə şəhərində dəfn edilib.
Qeyd edək ki, Rüfət Qurbanov 44 günlük Vətən müharibəsində Kəlbəcərdə Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib.