Qurbanov: Belə hallar bizi hər zaman üzür

Qurbanov: Belə hallar bizi hər zaman üzür

Oyunöncəsi isinmə hərəkətləri etməyə çıxanda antiterror əməliyyatı haqqında eşitdik. Allah şəhidimizə rəhmət etsin.

AzerTimes-ın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Macarıstan “Ferentsvaroş”u ilə Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis bildirib ki, şəhidimizin olduğunu eşitmək xoş deyil:

“Bəzi vəziyyətləri düzgün ifadə etməliyik. Belə hallar hər zaman bizi üzür. Mənim üçün bu hadisənin təsiri çox böyükdür. Çünki şəhidlərimiz çox olub. O insanların öz ailələrini, yaxınlarını qoyub vətəni qorumaq üçün canlarından keçmələri bizim üçün çox ağırdır. Hər birimizə təsiri var. Ola bilsin ki, hansısa futbolçu oyundan əvvəl bunu eşitmədi. Amma matçdan sonra onların arasında söhbət gedirdi”.

Qurbanov yerlilərlə bərabər legionerlərin də bu cür olaylara biganə qalmadıqlarını diqqətə çatdırıb:

“Legionerlərin hər biri komandanı o qədər çox sevir ki, onlar da belə hadisələrə reaksiya verirlər. İnanıram ki, onlara da təsir edəcək. Çox istərdim ki, şəhidlərimiz olmasın. Allah ailələrinə səbr versin”.

Teqlər: