“Neftçi”nin kapitanı Emin Mahmudov Qurban Qurbanovun Azərbaycan millisindəki qol rekordunu təkrarlayıb.
AzerTimes xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi buna Qazaxıstana qarşı yoldaşlıq matçında fərqlənməklə nail olub.
51-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən oyunçu yığmadakı qollarının sayını 14-ə çatdırıb. O, daha bir dəfə fərqlənsə milli komandanın bombardiri olacaq.
Qeyd edək ki, hazırda Azərbaycan – Qazaxıstan matçında ikinci hissə oynanılır və hesab bərabərdir – 2:2.