“Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov “Beşiktaş”ın baş məşqçisi vəzifəsinə namizədlər sırasında olmasına münasibət bildirib.
AzerTimes xəbər verir ki, o, Misli Premyer Liqasının 31-ci turunda “Qəbələ”yə qarşı keçirilən matçdan (2:2) sonra bununla bağlı vurğulayıb:
“Bu barədə çox fikir bildirmək istəmirəm. İki aydır söz-söhbətlər çoxdur. Bunu xoşlamıram. Bu barədə danışmasaq, daha yaxşı olar. Çünki, bildirilən hər fikir əlavə suallar doğurur. Sakitlikdir”.
Qeyd edək ki, “Beşiktaş”ın Xarici Əlaqələr üzrə Departament rəhbəri Meriç Müldür “ARB 24” kanalına açıqlamasında Q.Qurbanovun baş məşqçi vəzifəsinə namizədlər sırasında olduğunu deyib.