“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova həsr olunan film hazırlanıb.
AzerTimes xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Bildirilib ki, “Stadionlar səssiz olanda” filmi noyabrın 30-dan etibarən kinoteatrlarda nümayiş olunacaq.
Nazirliyin dəstəyi ilə istehsal edilən filmdə Qurban Qurbanovun XX əsrin 80-ci illərindən başlayaraq həyatı, futbolçu karyerası və Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsinə qədər məşqçilik fəaliyyəti göstərilib.