Qurban Qurbanov: Möhtəşəm il keçirdik…

Qurban Qurbanov: Möhtəşəm il keçirdik…

Arada bəxtsizlik, düşünmədiyimiz nəticələr oldu. Bununla belə, möhtəşəm il keçirdik. Qarşıya qoyulan məqsədə 70-80 faiz nail olduq.

AzerTimes xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Səbail”ə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra “CBC Sport”a açıqlamasında deyib.

“Səbail”lə matç barədə fikirlərini bölüşən Qurbanov meydanda maraqlı və dinamik mübarizə getdiyini söyləyib:

“Futbolçularımın istəyi, matça konsentrasiyası qaydasında idi. Meydanda inamlı komanda gördüm”.

Teqlər: