Qurban bayramı ilə əlaqədar 4 gün istirahət günü olacaq.
Nazirlər Kabinetinin qərarına əsasən, bu il Qurban bayramı 1, 2 sentyabr tarixlərinə təsadüf edir.
2 sentyabr şənbə gününə təsadüf etdiyi üçün istirahət günlərindən birinin yeri dəyişəcək. Əmək Məcəlləsinə əsasən, 4 sentyabr qeyri-iş günü olacaq.
Nəticədə 1-4 sentyabr Azərbaycanda qeyri-iş günləri hesab ediləcək.