16-17 iyunda Azərbaycanda Qurban bayramı qeyd olunacaq. Buna görə də artıq indidən tələbatla bağlı ətin qiymətinin qalxdığı haqda məlumat yayılıb.
AzerTimes xəbər verir ki, müşahidələr ətin qiymətində heç bir dəyişiklik olmadığını göstərir.
Bakıda bazarlarda qurbanlıq heyvanların diri çəkisinin 1 kiloqramının qiyməti 8-8,5 manat arasında dəyişir. Bölgələrimizdə də qiymətlər 8-8,2 manat arasındadır.
Ət dükanlarında və bazarlarda isə 1 kiloqram quzu ətinin qiyməti 17-18 manatdır.
Qəssabların sözlərinə görə, bayram ərəfəsində bahalaşma mümkündür.