Baş nazir Əli Əsədov iş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında qərar imzalayıb.
AzerTimes-ın məlumatına görə, qərara əsasən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci il 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerləri dəyişdirilir.
Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən iyulun 20 və 21-i ölkədə Qurban bayramı qeyd olunacaq.
Həmin günlər də Əmək Məcəlləsinə əsasən qeyri-iş günləri hesab edilir.
Beləliklə iyulun 17-də ölkədə iş günü, 18,19,20,21-də isə qeyri-iş günləri olacaq.