Quraqlıq son 50 ildə 650.000 insanın ölümünə səbəb olub – BMT

Quraqlıq son yarım əsrdə dünyada 650 min, qasırğalar 577 mindən çox insanın ölümünə səbəb olub.

AzerTimes-ın TASS-a istinadən verdiyi məlumata görə, bu məlumatlar Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış qurumu olan Ümumdünya Meteoroloji Təşkilatı (WMO) tərəfindən yayımlanıb.

“10 ən böyük fəlakətdən son 50 ildə ən çox ölümə quraqlıqlar (650.000 ölüm), qasırğalar (577.232), daşqınlar (58.700) və həddindən artıq istilər (55.736) səbəb olublar”, – iqlim, hava və su ilə əlaqədar ölüm və iqtisadi ziyana dair sentyabr hesabatında (1970-2019) əks olunacaq məlumatlara əsaslanaraq bildirilir. Fəlakətlərin iqtisadi ziyana səbəb olduqlarına gəldikdə isə ilk sıralara qasırğalar (521 milyard dollar) və daşqınlar (115 milyard dollar) daxildirlər.

Teqlər: