İsveçdə Quranın yandırılmasına əngəl olmağa çalışan qadın jurnalist həbs olunub.
AzerTimes xəbər verir ki, yerli məhkəmə iraqlı jurnalistə 6 ay həbs cəzası verilib.
Cəzaya səbəb kimi qadının Quranın yandırılmasının qarşısını almağa çalışması ilə söz azadlığını pozduğu göstərilib.
Qeyd edək ki, Danimarkanın paytaxtı Kopenhagendə də analoji hal yaşanıb. Belə ki, Quranın yandırılmasına mane olmaq istəyən jurnalistə polis müdaxilə edib. O, qadının əlindən Quranı alaraq aksiya iştirakçısına geri verib.