Ötən il Volqoqrad şəhərində Qurani Kərimi yandıran 20 yaşlı Nikita Juravel bu dəfə dövlətə xəyanətdə ittiham olunub.
AzerTimes xəbər verir ki, bu barədə Volqoqrad vilayətinin prokurorluğu məlumat yayıb.
“Volqoqrad vilayətinin prokurorluğu əvvəllər məhkum olunmuş 20 yaşlı Nikita Juravellə bağlı cinayət işi üzrə ittiham aktını təsdiqləyib. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci maddəsi (dövlətə xəyanət) ilə ittiham olunur”, – məlumatda deyilib.
Bildirilib ki, Juravel messencer vasitəsilə Ukrayna təhlükəsizlik xidmətinin nümayəndəsinə əməkdaşlıq təklif edibmiş. Dindirilmə zamanı o, günahını tamamilə etiraf edib.
Qeyd edək ki, Juravel Quranı yandırdığına görə 3,5 il müddətinə azadlıqdan məhrum edilmişdi.