Quranı yandıracaqdı, fikrini dəyişdi – Səbəb

Quranı yandıracaqdı, fikrini dəyişdi – Səbəb

Quranı yandırmaqla aksiya keçirmək üçün polisdən icazə alan İsveçin Helsinqborq şəhərinin 29 yaşlı Lukas adlı sakini müsəlmanların müqəddəs kitabı əvəzinə NATO nizamnaməsini yandırmaq niyyətindədir.

AzerTimes xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilib ki, Türkiyə İsveçin NATO-ya üzvlük ərizəsini ratifikasiya etməyə razılaşdıqdan sonra gənc belə bir qərar verib.

Aksiya iyulun 12-nə təyin edilib.

Etirazçının sözlərinə görə, Quranı yandırmaq niyyəti İsveçin NATO-ya qoşulma prosesini dayandırmaq və ya heç olmasa ləngitmək istəyindən irəli gəlib.

O bildirib ki, Quranı yandırmağa qətiyyən aludə deyil.

Teqlər: