İndoneziyada canlı yayımda ölüm hadisəsi baş verib.
İndoneziyanın ən məşhur Quran – hafizi müqəddəs Qurani-Kərimi oxuyarkən yerindəcə keçinib.
Şeyx Jaafar Abdurrahman İndoneziyada Sosial İşlər Nazirliyinin keçirdiyi bir tədbirdə iştirak edib.
O, müqəddəs kitabdakı Mülk surəsini oxuyan zaman halı pisləşib. Səhiyyə işçiləri dərhal hafizə müdaxilə ediblər. Lakin bütün müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Tibbi ekspertiza hafizin infarkt keçirdiyini açıqlayıb. (Allah rəhmət eləsin, Amin !)