Quran oxuyarkən rəqs edən məşhur misirli din xadimi Hoşam Səmir Əntər məhkəməyə çağrılıb.
AzerTimes xəbər verir ki, bu barədə ərəbdilli media məlumat yayıb.
Bildirilib ki, tanınmış Quran qiraətçisi olan Hoşam Səmir Əntər bunu lentə alaraq sosial mediada paylaşıb. Bundan qəzəblənən Misir Quran Qiraətçiləri Birliyi onu məhkəməyə verib.
O, bundan əvvəl 2020-ci ildə də oxşar əməlinə görə mühakimə olunub.