Quql şirkəti parçalana bilər

Quql şirkəti parçalana bilər

ABŞ-ın Ədliyyə Nazirliyi Quql şirkətini parçalamağı düşünür.

AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

“Keçən həftə Vaşinqtonda məhkəmə şirkətin internet axtarış sistemləri bazarında qəsdən monopolist rolunu oynaması və bununla da antiinhisar qanununu pozması barədə qərar qəbul edib. Məhz bundan sonra bu ehtimala baxılmağa başlanıb. Bu, Vaşinqtonun iyirmi il əvvəl Maykrasoftu parçalamaq üzrə uğursuz cəhdlərindən sonra qanunsuz monopoliyaya görə şirkəti parçalamaq üçün ilk cəhdi ola bilər”, – məlumatda deyilir.

Teqlər: