Federal Antiinhisar Xidməti Yutubda hesabların bloklanması və məzmunun yayılması ilə bağlı qeyri-şəffaf və qərəzli fəaliyyətinə görə Quql şirkətinə 2 milyard rubl cərimə kəsib.
AzerTimes xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“İnzibati araşdırma nəticəsində FAX Rusiya Quql şirkətinə antiinhisar qanunlarını pozduğuna görə 2 milyard rubl (34 886 073,22 ABŞ dolları) cərimə tətbiq edib. Şirkət cəriməni sənədin qüvvəyə mindiyi tarixdən başlayaraq iki ay ərzində ödəməlidir”, – agentliyin açıqlamasında bildirilir.