Qumda qadını təhqir edən iki molla döyüldü

Qumda qadını təhqir edən iki molla döyüldü

İranın Qum şəhərinin Səfaiyyə bölgəsində daha iki din xadimi döyülüb.

AzerTimes xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Məlumata görə, hadisəyə din xadimlərinin avtomobildə olan xanıma nalayiq sözlər deməsi səbəb olub. Mollalar xanımın hicabına irad bildirərək, onu təhqir ediblər. Bundan qəzəblənən xanımın həyat yoldaşı avtomobilli mollaların üzərinə sürüb. Daha sonra avromobildən düşən sürücü zərbə nəticəsində yıxılan mollaları döyüb və bıçaqlayıb.

Xəstəxanaya yerləşdirilən mollalardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Teqlər: