Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən Taleh Yusifovun (Hacı Tağı) ölümü ilə bağlı tədbir keçirilib.

AzerTimes xəbər verir ki, bu barədə tədbir təşkilatçıları sosial media kanallarında paylaşımlar edilib.

Tədbirdə Azərbaycan Respublikasında axtarışda olan və SEPAH-a sığınanlar, iranlı mollalar və SEPAH üzvləri iştirak ediblər.

Çıxışçılar Azərbaycan Respublikasına qarşı ənənəvi fikirlər səsləndirib.

Qeyd edək ki, terrorçu fəaliyyətinə görə beynəlxalq axtarışda olan Taleh Yusifov Suriyadan Rusiyaya gedib, 2022-ci ildə isə Azərbaycan Respublikasına ekstradisiya edilib.

O, aprelin 22-də İran və Suriyada olduğu zamanlar davamlı istifadə etdiyi narkotik maddələrin fəsadlarından irəli gələn xəstəlik səbəbindən həbsxanada ölüb.

Teqlər: