Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının köməkçisi Gennadi Çestyakov qumbaranın partlaması nəticəsində ölüb.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Məlumata görə, hadisə Çaiki kəndində olub, 39 yaşlı hərbçi döyüş sursatı ilə ehtiyatsız davranması nəticəsində dünyasını dəyişib. Onun 13 yaşlı oğlu ağır yaralanıb və xəstəxanaya yerləşdirilib.