Zaqatalada qumbaranın partlaması nəticəsində 2 nəfər yaralanıb. Bir nəfər daha sonra xəstəxanada vəfat edib.
DİN-in Mətbuat Xidmətindən AzerTimes-a verilən məlumata görə, sentyabrın 30-u saat 22:30 radələrində Zaqatala rayonunun Yengiyan kəndi ərazisində partlayıcı maddənin partlaması nəticəsində iki nəfər kənd sakini – 1991-ci il təvəllüdlü Məqsəd Rzayev və 1994-cü il təvəllüdlü Həmid Gülməmmədovun xəsarət alması barədə polisə məlumat daxil olub.
Həmin şəxslər xəstəxanaya yerləşdirilib və göstərilən tibbi yardımlara baxmayaraq, H.Gülməmmədov dünyasını dəyişib.
Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.
Qeyd edək ki, həlak olan şəxs Vətən müharibəsi iştirakçısıdır.