Qum-çınqıl yataqları üzrə hərrac keçirilir

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət
Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii
Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə
Agentliyi tərəfindən martın 4-də yerin təkinin istifadəyə verilməsi
üzrə növbəti hərrac keçiriləcək.

Agentlikdən AzerTimes-a verilən
məlumata görə, Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri
Məkanında saat 11:00-da keçiriləcək hərracda Abşeron rayonunda
yerləşən “Güzdək muldası” əhəngdaşı yatağının 1.5 – 2 hektar,
Qazaxda olan “Daş Salahlı” əhəngdaşı yatağının 0.6 – 1.2 hektar,
Ağsuda yerləşən Girdimançay” qum-çınqıl yatağının isə müvafiq
olaraq 5 hektar sahələri açıq hərraca çıxarılacaq.

Agentlik tərəfindən hərrac iştirakçısına hərrac ilə bağlı dəvət
məktubu verildikdən sonra 2 iş günü ərzində başlanğıc qiymətinin
10% miqdarında beh məbləği ödənilməlidir. Beh məbləği ödənilmədiyi
təqdirdə, iddiaçı hərraca buraxılmır.


Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər hərracla
bağlı məlumat almaq, xidmət haqqı və 10% miqdarında beh məbləğini
ödəmək üçün eyni zamanda Əmlak Xidmətləri Məkanına da müraciət edə
bilərlər. Çağrı mərkəzi: 193, tel: (012) 566-07-44

Hərracın keçiriləcəyi ünvan: Əmlak Xidmətləri Məkanı, Xəlil Rza
Ulutürk 20 Bakı, Azərbaycan, 1029.

Teqlər: