Azərbaycan xalqının Milli Dövlətçilik yolunda apardığı mübarizənin iştirakçısı və rəhbərlərindən olan Soltan Məhəmməd bəy Qulubəylinin qələmə aldığı “Xatirat” adlı kitab çap olunub.
AzerTimes xəbər verir ki, əlyazmanı ərəb əlifbasından Məhəmməd Əli oğlu Purmuxtari çevirib. Tərtib və nəşr edən isə Tufan Axundovdur.
Kitab 1917-1921-ci illərdə Muğan və Lənkəranda cərəyan edən tarixi hadisələri, bu yolda xalqın birlik ruhunu, ayrı-ayrı şəxslərin dirənişini və fədakarlığından bəhs edir.
Əsərdə, həmçinin, Qulubəylilər şəcərəsi haqqında məlumat yer alıb, nəslin nümayəndələrinin Şah Abbas dövrünədək uzanan xidmətləri və fəaliyyətləri haqqında danışılıb.