Qulu Ağsəsin Təbrizdə şeirlər kitabı dərc edildi

Qulu Ağsəsin Təbrizdə şeirlər kitabı dərc edildi

Azərbaycanın istedadlı şairi Qulu Ağsəsin Təbrizdə “Yorğun ağacam” adlı şeirlər kitabı işıq üzü görüb.

AzerTimes xəbər verir ki, “Nəbati və Azərturan” nəşriyyatında dərc edilən kitabı Təbrizdə yaşayan tanınmış yazar Əli Çağla çapa hazırlayıb.

Kitabda ilk olaraq müəllifin həyat və yaradıcılığına nəzər salınır. Qısa zamanda geniş oxucu marağına səbəb olan kitabın növbəti mərhələdə yenidən çapı gözlənilir. Pərakəndə satışla yanaşı, toplunu onlayn yolla da əldə etmək olacaq.

Qeyd edək ki, “Yorğun ağacam” kitabına Qulu Ağsəsin “Görsən üşüyürsən, yandır özünü”, “Nöqtələr”, “Canım-gözüm, şükür de ki”, “Xəbərin varmı – bilmirəm” kimi sevilən ədəbi nümunələri ilə birlikdə yeni şeirləri də daxil edilib.

Teqlər: