Quido Krosetto Azərbaycana gəldi

Quido Krosetto Azərbaycana gəldi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə İtaliya Respublikasının müdafiə naziri cənab Quido Krosetto “ADEX” 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün sentyabrın 24-də Bakıya gəlib.

AzerTimes xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

İtaliya nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – Baş direktor cənab Aqil Qurbanov və Nazirliyin digər rəhbər heyəti qarşılayıb.

İtaliyalı qonaq ölkəmizdə səfərdə olduğu müddətdə Azərbaycan-İtaliya hərbi əməkdaşlığının yeni perspektivləri və digər məsələlərlə bağlı görüşlər keçirəcək.

Teqlər: