Qüdsdəki Əl-Əqsa məscidində İsrail polisi və fələstinlilər arasında toqquşma baş verib.
AzerTimes xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.
Məlumata görə, toqquşma nəticəsində 100-ə yaxın fələstinli yaralanıb.
Polisin apardığı reyd nəticəsində isə 400-dən çox şəxs saxlanılıb.
Qeyd edək ki, İsrail qüvvələri axşam saatlarında gözyaşardıcı qazdan, həmçinin rezin güllələr və dəyənəklərdən istifadə edərək məscidin ərazisinə daxil olublar.