Şərqi Qüdsdə silahlı şəxsin hücumu nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb.
Trend xəbər verir ki, yerli hüquq-mühafizə orqanlarının əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat nəticəsində, silahlı şəxs məhv edilib.
Hadisə Şərqi Qüdsün Qədim şəhərində Əl-Əqsa məscidi kompleksinin qarşısında baş verib.
Yaralılardan ikisi mülki şəxs, ikisi isə polis əməkdaşlarıdır. Yaralı mülkilərdən birinin vəziyyəti kritik, digərinin ki isə orta ağır kimi qiymətləndirilir.