Qüds yaxınlığında sinaqoqda tribunanın çökməsi nəticəsində 160-dan çox insan xəstəxanaya yerləşdirilib

Qüds yaxınlığında yerləşən Qivat-Zeev şəhərindəki sinaqoqda tribunanın çökməsi nəticəsində təxminən 167 nəfər xəstəxanaya yerləşdirilib.

AzerTimes-ınməlumatına görə, bu barədə “The Times of Israel” qəzeti yazıb.

Məlumata əsasən, yaralılarən böyük əksəriyyəti (150-dən çox) yüngül xəsarətlər alıb, təxminən 10 nəfər orta dərəcəli bədən xəsarətləri ilə tibb müəssisələrinə müraciət etdi.


Daha beş nəfərin vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir.