Qubaya və Lənkəran kəndlərinə giriş-çıxış məhdudlaşdırıldı

Qubaya və Lənkəran kəndlərinə giriş-çıxış məhdudlaşdırıldı

Bu gündən (15 oktyabrdan) Lənkəran rayonunun Şağlaküçə və Şıxəkəran kəndlərinə, Quba şəhərinə, Quba rayonunun Rustov və Zərdabi kəndlərinə də giriş-çıxış dayandırılır.

Nazirlər Kabineti tərəfindən bu haqda qərar qəbul edilib.

Qərara əsasən, operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Lənkəran rayonunun Şağlaküçə və Şıxəkəran kəndlərinə, Quba şəhərinə, Quba rayonunun Rustov və Zərdabi kəndlərinə də giriş-çıxış dayandırılır.