Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Quba Ərazi Hidrometeorologiya İdarəsi şimal bölgəsində yağan qarın həcmini açıqlayıb. Qarın hündürlüyü Quba və Qusarın dağlıq ərazisində 2-12 sm olub.
Ən çox qar Xınalığa yağıb12 sm. Qubanın Qrız kəndində 11, Qusarın Ləzə kəndində 2 sm qar düşüb.
Ən aşağı temperatur isə Xınalıqda qeydə alınıb -3 dərəcə.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-19, Lənkəran-Astara zonasında 14-150, Böyük Qafqazda 7-59, Mərkəzi-Aran rayonlarında 7-19, Kiçik Qafqazda 3-18, Qazax-Gəncə zonasında 3-8 mm olub.
Qar örtüyünün hündürlüyü Qırızda 11, Xınalıqda 13, Şahdağda 5, Ləzədə 2 sm təşkil edib.
Proqnozlara görə, belə hava şəraiti ayın sonunadək davam edəcək.