Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinə müdir təyin edilib.
AzerTimes Unikal.az-a istinadən xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Əmrə əsasən, bu vəzifəyə Kamran İsmayılov təyin olunub.
K.İsmayılov bu təyinata qədər Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin müdir müavini vəzifəsində işləyib.
Qeyd edək ki, bundan əvvəl həmin şöbəyə İlqar Mahmudov rəhbərlik edib. O, 2023-cü ilin sentyabr ayında Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin müdiri vəzifəsindən azad edilərək Quba rayonunun icra başçısı təyin olunub.