Qubadlıda postlar qurulub, təhlükəsizliyə nəzarət edilir – DİN (FOTO)

Xəbər - Samir Əli – Trend:

Azərbaycan Ordusunun keçirdiyi əks-hücum əməliyyatları nəticəsində işğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri gücləndirilir.

DIN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzerTimes-a verilən məlumata görə, Qubadlı rayonunun ərazisində Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları xidməti fəaliyyətini davam etdirir.


Rayon ərazisində postlar qurulub, təhlükəsizliyə tam olaraq nəzarət edilir.

Teqlər: