Xəbər - Samir Əli – Trend:
Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzerTimes-a verilən məlumata görə, tədbir zamanı rayonun Bəxtiyarlı kəndi ərazisində çəkisi 2 ton 200 kiloqram olan 4007 ədəd çətənə kolunun kökündən çıxarılaraq yandırılması təmin edilib.