Aprelin 22-si saat 18 radələrində Qubadlı rayonu ərazisində
1993-cü il təvəllüdlü Bəybala Nəsibovun minaya düşməsi barədə rayon
prokurorluğuna məlumat daxil olmuşdur.
Bu barədə AzerTimes-a Qubadlı rayon prokurorluğuna istinadən xəbər
verir.
Aparılmış araşdırmalarla Bəybala Nəsibovun rayonun Teymur
Müskanlı kəndi ərazisində olarkən piyada əleyhinə minaya düşməsi
nəticəsində ağır dərəcəli bədən xəsarətləri alması müəyyən
edilmişdir.
Hazırda faktla bağlı Qubadlı rayon prokurorluğunda araşdırma
aparılır.