Qubadlı-Eyvazlı yolundan yeni – Fotolar

Qubadlı-Eyvazlı yolundan yeni – Fotolar

Dövlətimizin başçısının tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan, işğaldan azad edilmiş rayon və kəndlərin sosial – iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri də Qubadlı – Eyvazlı avtomobil yoludur.

AzerTimes xəbər verir ki, 28,5 km uzunluğa malik Qubadlı – Eyvazlı avtomobil yolu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2 zolaqlı olmaqla, IV texniki dərəcəyə uyğun olaraq inşa edilir. Qubadlı rayonunda çətin relyefə malik ərazidən keçərək Eyvazlı kəndinə gedən avtomobil yolu boyunca genişmiqyaslı tikinti işləri davam etdirilir:

0-5-ci km-də yol yatağının tikintisi işləri aparılır;

5-6-cı km-də yol yatağının tikintisi yekunlaşıb;

6-14-cü km-də yol yamaclarının qırıcı üsulu ilə layihə səviyyəsinə gətirilməsi işləri icra olunur;

14-15-ci km-də yol yatağının tikintisi işləri yekunlaşmaq üzrədir;

15-20-ci km-də yol yamaclarının layihə səviyyəsinə gətirilməsi üçün tikinti işləri davam edir;

20.9-21-ci km-də yol yatağının tikinti işləri son mərhələdə olmaqla aparılır;

21-22-ci km-lik hissəsində yol yatağının profilə salınması və dolğu işləri son mərhələ üzrə icra olunur;

23-25-ci km-lik hissədə yol yatağının tikintisi artıq yekunlaşıb;

27-28-ci km-lik hissədə isə dolğu işləri və yeni yol yatağının inşaası işləri həyata keçirilir;

28.5-ci km-lik hissədə yararsız qruntun və torpaq yatağının genişləndirilməsi üçün bitgi qatının çıxarılması, qazma, əks dolğu, dağ yamaclarının kəsilməsi, dağlarda qırıcı üsulu ilə yol yatağının layihə səviyyəsinə gətirilməsi və tikintisi icra edilir.

Yeni inşa edilən yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametrlərə malik dairəvi boru, düzbucaqlı su keçidlərinin və alt keçidlərin, həmçinin avtomobil körpülərinin inşaası aparılır:

24-24.44 km-də yerləşən düzbucaqlı su keçidinin ilkin təməl beton işləri,

0-0.5 km-də suötürücü beton borunun tikintisi aparılır;

2.5-ci km-də inşa olunan 122.4 metr uzunluğa malik 4 aşırımlı körpüdə svay işləri yekunlaşıb, qazma və betonlama işləri icra olunub;

21-ci km-də tikilən 66 metr uzunluğa malik 2 aşırımlı avtomobil körpüsündə svay betonlama işləri aparılır. Körpünün A1, A2 dayaqlarında tikinti işləri yekunlaşmaq üzrədir, P2 dayağının təməlində betonlama işləri icra olunur.

Xüsusi texnikalardan istidadə olunmaqla görülən “İnşaat Norma və Qaydaları”na uyğun olaraq, işlərin zamanında və keyfiyyətlə yerinə yetirilməsi üçün tikinti ərazisinə lazımı sayda texnika və canlı qüvvə cəlb edilib.

Tikintinin qısa müddət ərzində icra edilməsini təmin etmək məqsədilə ərazidə düşərgə inşa edilib. Düşərgədə asfalt-beton zavodu, beton zavodu və qum-çınqıl zavodu, maşın-mexanizmlərin saxlanması və xidməti üçün xüsusi ərazi, həmçinin işçilər üçün hər bir şəraiti olan ofis, yeməkxana və dincəlmək üçün yerlər qurulub.

Qubadlı-Eyvazlı avtomobil yolu Qubadlı rayonun Mahmudlu, Xıdırlı, Müskanlı, Məlikəhmədli, Qudanlı, Davudlu, Eyvazlı kəndlərinin ərazisindən keçir.

Teqlər: