Qubanın ucqar dağ kəndlərindən olan Yerfi kəndində sel suları yaşayış evlərində bir sıra fəsadlar törədib.
AzerTimes-ın Baku.tv-yə istindən məlumatına görə, sakinlər kənddə yaşayışın qeyri-mümkün olduğunu bildiriblər:
“Yorğan-döşəyimiz yaşdır, gecə işıqlar da sönmüşdü, bu il sel kənddə ciddi fəsadlar törədib”.
Həmçinin, yağan güclü yağışlar nəticəsində kənd ərazisində yol infrastrukturu da sıradan çıxıb, körpü uçub.