Qubada sel körpünü uçurdu, 6 kəndlə əlaqə kəsildi

Qubada sel körpünü uçurdu, 6 kəndlə əlaqə kəsildi

Quba rayonunda sel körpünü uçurub, altı kəndin rayon mərkəzi ilə əlaqəsi tam kəsilib.

AzerTimes Report-a istinadla xəbər verir ki, Quba-Xınalıq yolunun 42-ci kilometrində yerləşən Əlikçayın üzərindəki körpü uçub.

Məlumata görə, iyulun 28-dən başlayaraq yagan güclü yağışlardan əmələ gələn sel körpünü uçurdub.

Nəticədə Xınalıq, Bostankeş, Haput, Cek, Əlik, Qəley-Xudat kəndlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.

Qeyd olunur ki, hava şəraiti ilə əlaqədar körpünün bərpa edilməsi işlərinə hələ başlanılmayıb.

Teqlər: