Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində qanunsuz ov edən Füzuli Ağayevi saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AzerTimes-a verilən məlumata görə, həmin şəxsdən 1 ədəd ov tüfəngi və qanunsuz olaraq ovladığı çöl dovşanı aşkar edilib.
Faktla bağlı Quba RPŞ-də araşdırma aparılır.