Qubanın Cimi kəndində müəllimləri daşıyan maşını sel aparıb.
AzerTimes Oxu.az-a istinadla xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Belə ki, avtomobildə olan bir qrup müəllim heyəti çayı keçən zaman sel gəlib. Nəticədə “Şevrolet” markalı nəqliyyat vasitəsini su basıb və 100 metr məsafəyə aparıb.
Avtomobil çaydakı iri daşa ilişərək dayandıqdan sonra müəllimləri və sürücünü sudan çıxarmaq mümkün olub.
Sakinlər bildiriblər ki, kənddə körpü yoxdur, yalnız Qonaqkənddə var. Cimi sakinləri gediş-gəliş üçün çayı keçməli olurlar.
Həmin görüntüləri təqdim edirik: