Quba ərazisində baş verən yanğın artıq lokallaşdırılıb.
AzerTimes Report-a istinadən xəbər verir ki, bunu Quba Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri Elvin Baxışov bildirib.
O qeyd edib ki, hazırda bir qədər tüstülənmə var, digər ərazilərə keçmə təhlükəsi yoxdur:
“Quba rayonunun bələdiyyə ərazisində baş verən yanğın sonradan meşə fondu sahəsinə keçib. Ərazi dağlıq relyefə malik olduğundan və güclü küləyin təsiri nəticəsində yanğın zamanı 500 hektar meşə fonduna ziyan dəyib”.
Qeyd edək ki, Quba rayonunda yanğınlar bir neçə meşəni əhatə edib.