Bu gün Quba rayonunun Gədik kəndi və Qoşabulaq ərazisinin meşə massivində yanğın başlayıb.
AzerTimes xəbər verir ki, bunu Report-a fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev deyib.
O bildirib ki, hazırda həmin ərazilərə Fövqəladə Hallar Nazirliyinin 3 avtomobili və 1 helikopteri cəlb edilib:
“Yanğının söndürülməsi işləri davam etdirilir”.
E.Mirzəyev qeyd edib ki, Quba rayonunun digər ərazilərində yanğın söndürülüb.