Qubada avtomobil dərəyə aşıb, ölən var.
AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə oktyabrın 23-ü saat 18 radələrində Quba-Xınalıq yolunun 57-ci km-də, Xınalıq kənd ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 1974-cü il təvəllüdlü Hacıyev Şıxbaba Gülbala oğlunun idarə etdiyi VAZ-2106 markalı avtomobil dumanlı hava şəraitində torpaq yolda idarəetmədən çıxıb. Daha sonra nəqliyyat vasitəsi yolun sağ tərəfində dərəyə aşıb və nəticədə sürücü bədən xəsarətləri alıb.
Avtomobildə olan sərnişin – 1978-ci il təvəllüdlü Rauf Bədəl oğlu Lalayev isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Quba Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.