Qubada koronavirusla bağlı reyd keçirilib

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan AzerTimes-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən rayon ərazisində keçirilən reydlər zamanı sakinlərlə profilaktik söhbətlər aparılıb, onlara tənəffüs yollarını qoruyan maskalardan istifadə etmələrinin zəruriliyi barədə məlumatlar verilib.


Reydlər zamanı qapalı məkanlarda tibbi maskadan istifadə etməyən şəxslər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.

Teqlər: