Qubada kişi keçmiş arvadını qətlə yetirib, sonra intihar edib

Aprelin 19-u saat 13 radələrində Quba rayonu, Bərqov kənd
sakinləri – 1966-cı il təvəllüdlü İlham Xudamov və 1973-cü il
təvəllüdlü Sara Əsədovanın birgə yaşadıqları evdə ölmələri barədə
rayon prokurorluğuna məlumat daxil olub.

Quba rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə,
aparılmış ilkin araşdırmalarla İlham Xudamovun şəxsi münasibətlər
zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla keçmiş arvadı
Sara Əsədovaya çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə,
daha sonra həmin bıçaqla özünə xəsarət yetirərək intihar etməsinə
əsaslı şübhələr müəyyən edilib

Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin
120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi
başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Teqlər: