Qubada gecə işləyən 2 çayxana aşkar edildi, sahibkar və müştərilər saxlanıldı

Xəbər - Samir Əli – Trend:

Quba Rayon Polis Şöbəsinin əməkdaşları fevralın 9-da gecə saatlarında şəhər ərazisində xidmət aparan zaman sanitar-epidemioloji normaları pozaraq fəaliyyət göstərən çayxana aşkarlayıblar.

DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan AzerTimes-a verilən məlumata görə, ərhal obyektin fəaliyyəti dayandırılıb, qanunvericiliyə uyğun olaraq obyektin sahibi Amil Balayev və orada olan 5 nəfər müştəri saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi üzrə protokollar tərtib edilib və onlar inzibati qaydada məsuliyyətə cəlb olunublar.


Keçirilən digər bir tədbir zamanı rayonun Birinci Nügədi kəndi ərazisində eyni qayda pozuntusunu törədərək gecə saatlarında fəaliyyət göstərən daha bir çayxana müəyyən edilib. Polis əməkdaşları tərəfindən obyekti icarə əsasında işlədən Taleh Quliyev və orada olan 9 müştəri ilə profilaktik söhbətlər aparılıb və karantin qaydalarına əməl etməyin vacibliyi onların diqqətinə çatdırılıb.

Qaydaları pozan şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb.

Teqlər: