Qubada ər arvadını baltaladı

Qubada ər arvadını baltaladı

Qubada amansız qətl hadisəsi baş verib.

Güləzi kəndinin sakini Ələsgərov Murad evində həyat yoldaşı Ələsgərova Ulduza 5 dəfə balta ilə zərbə endirib.

Qonşular səsi eşidərək hadisə yerinə gəlib qadını xilas etmək istəsələr də, mümkün olmayıb. Ulduz Ələsgərova aldığı zərbələrdən keçinib.

М. Ələsgərov könüllü olaraq Quba Rayon Polis Şöbəsinə gələrək istintaqa təslim olub. Qətlin səbəbi isə qısqanclıq zəminində münaqişədir.

Hal-hazırda Quba RPŞ-də istintaq davam edir.