Qubada dələduzluqda təqsirləndirilən bələdiyyə sədrinin işi
məhkəməyə göndərilib.
Quba rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə,
2015-2019-cu illərdə Quba rayonu, Tüləkəran bələdiyyəsinin sədri
vəzifəsində işləyən Laləzər Heybətovanın qanunsuz əməlləri ilə
bağlı rayon prokurorluğuna daxil olmuş vətəndaş müraciəti əsasında
Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin
ibtidai istintaqı tamamlanıb.
Müəyyən edilmişdir ki, Laləzər Heybətova bələdiyyə sədri
vəzifəsində işləyərkən öz qulluq mövqeyindən tamah niyyətilə
istifadə edərək guya bələdiyyə ərazisində yaşayan şəxslərə maddi
yardımın ayrılmasına, yol təmir-bərpa işlərinin görülməsinə görə
xidmət haqqının ödənilməsinə dair rəsmi sənədlərə bilə-bilə yalan
məlumatlar daxil edərək bələdiyyənin qanunla qorunan mənafeyinə 16
min 547 manat məbləğində maddi zərər vurub.
Toplanmış sübutlar əsasında Laləzar Heybətovaya Cinayət
Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq), 179.2.3, 179.2.4 (şəxs
tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda
ziyan vurmaqla mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən
sui-istifadə) və digər maddələri ilə yekun ittiham elan edilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Quba rayon məhkəməsinə
göndərilmib.