Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan AzerTimes-a verilən məlumata görə, avqustun 29-u səhər saatlarında Quba rayonunun Hacıhüseynli kəndi ərazisində “Mersedes” markalı sərnişin mikroavtobusu ilə “Şevrolet” markalı minik avtomobili toqquşub.
Qəza nəticəsində 1 nəfər ölüb, 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.